Accessibility links

Türk milyarderi Sakip Sabançı vəfat edib - 2004-04-12


Bu gün Türkiyənin biznes və siyasi elitası Türk milyarderi Sakip Sabançının dəfn mərasimində iştirak edən minlərlə insana qoşulmuşdur. Cənab Sabançı Şənbə günü xərçəng xəstəliyindən vəfat edib. Onun 71 yaşı vardı. Cənab Sabançı 1967-ci ildə öz ailəsinin kiçik toxuculuq biznesini miras götürərək ondan 30 minlik işçisi olan bir imperiya qurub. Türkiə Prezidenti Əhməd Necdet Sezər Sabançının Türkiyə sənayesi və iqtisadiyyatının inkişafında mühüm rol oynadığını qeyd edib. Cənab Sabançı özünün xeyriyyə işləri ilə çox tanınırdı. O, tibb, təhsil və mədəniyyət sahələri ilə bağlı 100-lərlə xeyriyyə fondları yaradıb. Cənab Sabançı həmçinin İstanbulda universitet və muzey açıb.

XS
SM
MD
LG