Accessibility links

D.Çeyni Çindədir - 2004-04-13


Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni bir həftəlik Asiya səfərinin ikinci dayanacağı Çindədir. Cənab Çeyninin Çinin rəsmi nümayəndələri ilə görüşünün diqqət mərkəzində Şimali Koreya ilə ticarət və Tayvan məsələləri yer alır. Yaponiyadan Çinə gedən vitse-prezident Dik Çeyni sabah prezident Hu Cuntau ilə görüşməlidir. Amerika rəsmilərinin bildirdiyinə görə cənab Çeyni Yaponiyada olduğu 4 gün ərzində İraqda yenidənqurma və demokratiyanın bərqərar edilməsində müttəfiq qüvvələrin rolunu müzakirə etmişdi. Cənab Çeyni yaponları girov götürən iraqlıların ölkəni tərk etmə tələbinə baş əymədiyinə görə Yaponiyanın baş naziri Yuniçiro Koyzumiyə minnətdarlığını bildirmişdir. Çində isə vitse-prezident insan hüquqları məsələsinə toxunmalıdır. Xatırladaq ki, Çin bu yaxınlarda Amerika ilə insan hüquqları sahəsindəki dialoqu dayandırdığını elan etmişdi. Çinin bu qərarı Amerikanın BMT-nin insan hüquqları komissiyasının Cenevrə yığıncağında Pekinin qınanıldığı qətnaməni dəstəkləməsindən sonraya təsadüf edir. Sabah vitse-prezident Çeyni Pekindən Şanxaya yola düşür.

XS
SM
MD
LG