Accessibility links

İraqda nüvə avadanlıqları qeyb olub - 2004-04-16


BMT nüvə nəzarəti agentliyinin verdiyi məlumata görə İraqın nüvə istehsalı ilə bağlı yerləri hazırda qorunmur və radioaktiv avadanlıqlar bu ölkədən çıxarılmışdır. Beynəlxalq Nüvə Enerjisi Agentliyinin rəsmiləri deyirlər ki, onlar avadanlıqların qaçaqmalçılar tərəfindən və ya təmizlənmə işlərinin tərkib hissəsi kimi çıxarıldığını hələ müəyyənləşdirməyiblər. Rəsmilərin dediyinə görə, peyk fotoları ciddi sayda avadanlıqların və bəzi hallarda bütün binaların yoxa çıxdığını göstərir. Agentliyin direktoru Mohamed El Baradei öz narahatçılığını Amerika rəsmilərinə 3 həftə əvvəl göndərdiyi məktubda ifadə edib, və öz dediyinə görə indiyə kimi də cavab gözləyir.

XS
SM
MD
LG