Çex Respublikasının Xarici İşlər Nazirliyi İraqda girov götürülən 3 çex vətəndaşının azad edildiyini bildirib. Nazırliyin nümayəndəsinin bildiridiyinə görə 3-ü də jurnalist olan həmin şəxslərin vəziyyəti yaxşıdır və onlar hazırda Çexiyanın Bağdaddakı səfirliyindədirlər. Bir neçə gün əvvəl girov götürülən çinlilərin də azad edildiyi xəbər verilir. Çinlilər Çinin Bağdaddakı səfirliyinə aparılmışlar.