Accessibility links

BMT Amerikanın təklifini rədd etdi - 2004-04-16


Çin BMT-nin insan hüquqları komissiyasının Amerikanın Çində insan hüquqlarının tənqidi ilə bağlı iddialarını rədd etməsini alqışlamışdır. 1990-cı ildən bəri 11-ci dəfədir ki, Amerika insan hüququları vəziyyətinin yaxşılaşdırılacağı vədlərinə əməl etməyən Çinə qarşı ölçülər götürülməsi təklifi ilə çıxış edir. Vaşinqton Pekinin toplaşma, söz və dini azadlıqlara məhdudiyyət qoyduğundan narahatlığını ifadə edir. Çinin Amerikanın təklifinin qəbul edilməməsi çağırışı 55 üzvlü komissiyanın 28 üzvü tərəfindən dəstəklənmişdir. Pekinin bu qələbəsindən az sonra Xarici İşlər Nazirliyinin nümayəndəsi Birləşmiş Ştatların özünü “təcrid” etdiyini bildirmişdir. Beynəlxalq insan hüquqları müdafiəçiləri Amerikanın təklifinin rədd edilməsini Çində insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması ilə deyil, siyasi motivlərlə izah edirlər. Amerikanın təklifini dəstəkləməyən ölkələr arasında huquq müdafiəçilərinin ən repressiv quruluşlar adlandırdığı Kuba, Eritrea, Səudiyyə Ərəbistanı, Toqo və Zimbabve də yer almışdı.

XS
SM
MD
LG