Accessibility links

Iraqda 5 Amerika əsgəri öldürülüb - 2004-04-18


Suriya sərhəd məntəqəsinin yaxınlığındakı Husayba ətrafında İraqlı yaraqlılarla Amerika əsgələri arasında gedən döyüşlərdə 5 Amerika əsgəri həlak olmuşdur. ABŞ hərbi qüvvələrinin rəsmiləri Husaybanın yaxınlığında 5 amerika əsgərinin həlak olduğunu təsdiq edərək deyiblər ki, 14 saat davam edən döyüşlərdə azı 30 yaraqlı öldürülmüşdür. Birləşmiş Ştatların hərbi helikopteri də atəşə məruz qalmış, lakin ona zərərə dəyməmişdir. Dünən axşam İraqın cənubundakı Divaniyyə şəhərinin yaxınlığında Amerika hərbi maşın karvanının hücuma məruz qalması nəticəsində 3 Amerika əsgəri həlak olmuşdur. Bundan əlavə, 2 Amerika əsgəri ayırı-ayrı hücumlar nəticəsində dünyasını dəyişmişdir.

XS
SM
MD
LG