Accessibility links

Haaqa məhkəməsinin qərarı qüvvədə qalır - 2004-04-19


BMT-nin Müharibə Cinayətləri üzrə Apelyasiya Məhkəməsi Haaqadakı aşağı instansiyalı məhkəmənin 1995-ci ildə Srebrenisada minlərlə müsəlmanın qətlini genosid kimi qiymətləndirməsi qərarını qüvvədə saxlayıb. Bu qərardan şikayət edən keçmiş bosniyalı general Radislav Krstiç idi. O, məhkəmənin hökmü ilə 2001-ci ilin avqustunda Srebrenicada yeddi min kişi və oğlanın soyqırımında təqsirkar bilinmişdi. Krstiç iddia edir ki, Bosniyanın bütün müsəlman əhalisi qırılmadığına görə bunu genosid adlandırmaq olmaz. Lakin Tribunal onun bu arqumenti ilə razılaşmayıb. Bununla belə məhkəmə onun həbs cəzasını 46 ildən 35 ilə endirib.

XS
SM
MD
LG