Accessibility links

Hindistanda parlament seçkiləri keçirilir - 2004-04-20


Hindistanın 16 ştatında keçirilən 5 günlük parlament seçkiləri başa çatıb. Səsvermə zamanı yol verilən zorakılıqlar nəticəsində azı 15 nəfər həlak olub və bir neçə adam yaralanıb. Seçkilərin ilk 5 günü ən ciddi zorakılıqlara 14 ildir ki, separatist müharibəsi gedən Kəşmir ştatında yol verilib. Bu ştatda islamçı yaraqlılar 11 seçki məntəqəsinə hücum etmişlər. Hindistanın digər bölgələrində seçkilər demək olar ki, sakit keçib. Gucarat ştatında zorakılıqlardan ehtiyat edildiyinə görə səsvermə prosesinin olduqca yavaş getdiyi xəbər verilir. Bu ştatda iki il əvvəl təriqətlərarası zorakılıqlar nəticəsində əksəriyyəti müsəlmanlar olmaqla minə yaxın insan qətlə yetirilmişdi. Bir çox partiyanın seçkilərdə iştirak etməsinə baxmayaraq yarışlar əsasən Baş Nazir Atal Behari Vacpayinin başçılıq etdiyi Bharata Canata və müxalif Konqres partiyası arasında gedir. Rəy soğrularına əsasən Bharata Canata partiyası qələbə çalacaq, lakin 543 yerli parlamentdə əksəriyyət əldə edə bilməsə, koalisiya hökuməti təşkil etməli olacaq. Hindistanın 3 həftə davam edəcək parlament seçkilərinin nəticələri may ayının 10-da məlum olacaq.

XS
SM
MD
LG