Accessibility links

ABŞ əsgərlərinin İraqda qalma müddəti uzadılıb - 2004-04-21


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld İraqdakı döyüşləri İraqda uyun ayının 30-u hakimiyyətin təhvil veriləcəyi gündən əvvəl azadlıq düşmənlərinin son müqaviməti kimi qiymətləndirib. Zorakılıqların artması, Amerika əsgərləri arasındakı itkilər, bəzi kolaisiya qüvvələrinin İraqı tərk etməsinə baxmayaraq cənab Ramsfeld Səddam Hüseynin quldur və qatil qalıqlarının İraqda sülh və azdalığa mane ola bilməyəcəklərini demişdir. Pentaqonda müxbirərlə söhbəti zamanı müdafiə naziri demişdir ki, çıxılmaz yolda olanlar koalisya qüvvələrini terror, qorxu, sünnü və şiələr arasında vətəndaş müharibəsi təhlükəsi altında İraqdan çıxarıcaqlarını düşünürlər. Lakin onlar yanılırlar. Pentaqon artıq son zorakılıqlara cavab olaraq xidmət müddətləri başa çatan 20 min əsgərin daha 3 ay İraqda qalmasına göstəriş verib.

XS
SM
MD
LG