Accessibility links

Kondoliza Rays ABŞ senatorlarını İraq haqda məlumatlandırıb  - 2004-04-22


Birləşmiş Ştatların Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Rays Kapitoliyada ABŞ senatorları ilə görüşərək onlara İraqda vəziyyətlə bağlı məlumat verib. Xanım Raysın senatorlarla görüşü Birləşmiş Ştatların Hərbi qərargahlar rəisi general Riçard Mayersin Senatın xarici əlaqələr komitəsində İraq münaqişəsinə çəkiləcək maliyyə xərclərilə bağlı izahat verməsindən sonraya təsadüf edir. General Mayers senatolara deyib ki, İraqda zorakılıqların artması ABŞ hərbi qüvvələri üçün ayrılmış dörd milyard dollarlıq büdcənin ilin sonuna qədər tükənməsinə gətirib çıxa bilər. Senatın xarici əlaqələr komitəsi Buş administrasiyasının İraqda vəziyyəti sabitləşdirmək strategiyası ilə bağlı dinləmələr keçirir.

XS
SM
MD
LG