Accessibility links

Səudiyyə Ərəbistanında 5 İslamçı yaraqlı öldürülüb - 2004-04-23


Səudi rəsmilərin bildirdiyinə görə Qırmızı dənizin liman şəhəri Ciddədə təhlükəsizlik qüvvələri və İslamçı yaraqlılar arasında baş vermiş döyüş nəticəsində öldürülən 5 nəfərin arasında axtarışda olanlar var. Səudiyyə Daxili İşlər Nazirliyi xəbər verir ki, Cümə axşamı təhlükəsizlik qüvvələri yarı-tikili binada daldalanmış 3 yaraqlını ölüdürb və 1-ni əsir götürüb. Daha iki yaraqlı mühasirəni yarandan sonra təqib olunub öldürülmüşlər. Ciddədəki toqquşma Riyadda 4 insan ölümünə və 148 nəfərin yaralanmasına səbəb olan terror hadısəsindən bir gün sonra baş verib. Terror aktı üçün məsuliyyəti boynuna Əl-Qaida ilə əlaqəsi olmaqda şübhələnən yaraqlı qrup götürmüşdür.

XS
SM
MD
LG