Accessibility links

Bu gün Vaşinqtonda etiraz mitinqləri keçirilir - 2004-04-24


Bu gün Vaşinqtonda minlərlə nümayşçi Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik toplantısına etiraz edir. Qloballaşma əlehdarları hesab edirlər ki, BVF və Dünya Bankının yürütdüyü siyasətlər inkişafda olan ölkələrə ziyan vurur. Belə ki, yoxsul ölkələrin borclarının ödənilməsi üçün xərclədikləri pul, təhsil və səhiyəyə ayırdıqları vəsaitdən daha çoxdur. Etiraz aksiyasının təşkilatçıları nümayişlərin dinc keçdiyini bildirirlər. Lakin Vaşinqton polisi nümayişçiləri DB və BVF-nun binalarından aralı məsafədə saxlamaq üçün bir neçə küçəni bağlayıb. Toplantı iştirakçıları qlobal iqtisadiyyatın inkişafı məsələlərini müzakirə edəcəklər.

XS
SM
MD
LG