Accessibility links

NATO-nun yüksək rütbəli zabitləri  Kabildədir - 2004-04-26


NATO-nun nümayəndə heyəti alyansın iyun ayında keçiriləcək zirvə toplantısından əvvəl Əfqanıstanın vəziyyətini öyrənmək məqsədilə Kabilə səfər ediblər. NATO 6.5 min əsgərdən ibarət Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin sayının artırılması kimi bir çağırışlarla üzləşir. Qeyd edək ki, yardım qüvvələri hazırda paytaxt Kabil və şimal Qunduz şəhərində yerləşdirilmişlər. Əfqanıstan hökuməti, BMT və NATO-ya daxil olan bəzi dövlətlər bu hərbi qüvvənin kifayət etmədiyini bildirirlər. Əfqanıstanın mülki və hərbi hədəfləri hələ də yaraqlıların şiddətli hücumlarına məruz qalır. Əfqanıstan hökuməti bu hücumların məsuliyyətini Taleban döyüşçüləri, Əl-Qaidənın qalıqları və hökumətə qarşı qüvvələrin üzərinə atır. Beynəlxalq yardım qüvvələrinin bildirdiyinə görə qiyamçıların fəallığına baxmayaraq, Əfqanıstanda təhlükəsizliyin vəziyyəti yaxşılaşır. Keçən həftə Kabildə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri Əfqanıstanın təhlükəsizlik qüvvələrilə birlikdə çoxsayda yaraqlı olduqlarından şübhələnilənləri həbs etmişdi. Birləşmiş Ştatlar və Əfqanıstanın hərbi qüvvələri yaraqlılara qarşı mübarizə apardıqları vaxt, NATO Əfqanıstanın daha beş şəhərində sülhməramlı hərbi qüvvələr yerləşdirmək istəyir. NATO-nun nümayəndə heyəti səfəri zamanı prezident Həmid Karzay və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandirlərilə görüşəcək.

XS
SM
MD
LG