Accessibility links

Fəllucədə atəşkəs pozulub - 2004-04-26


Elan olunmuş atəşkəsə baxmayaraq, bu gün Fəllucədə baş vermiş döyüşlər nəticəsində ən azı 8 İraqli qiyamçı və 1 Amerika dəniz desantçısı öldürülmüşdür. Birləşmiş Ştatlar generalı Mark Kimmittin dediyinə görə dəniz desantçıları məscidin minarəsində mövqe tutmuş qiymaçılar tərəfindən hücuma məruz qalmışlar. O deyib ki, atışma nəticəsində minarə dağıdılıb. Başqa xəbərlərə görə, Bağdadda kimyəvi anbarda silah axtarışı apararkən baş vermiş partlayış nəticəsində 2 Amerika əsgəri həlak olmuş, 5-i isə yaralanmışdır. General Kimmitt partlayışın səbəblərinin hələ müəyyən olunmadığını söyləyib. Onun dediyinə görə anbarın sahibi və onun yoldaşları qiymaçıları kimyəvi sursatla təchiz etməkdə şübhəli bilinirdi.

XS
SM
MD
LG