Los Angeles Times qəzetinin yazdığına görə Demokrat partiyasının namizədi Con Kerri dünən vaxtikən onun partiyadaxili praymerizdə qələbəsinə start vermiş Ayova ştatına qayıdaraq yerli əhaliyə təşəkkür, Prezident Buşa isə tənqid dolu söz atəşi yağdırmışdır. Özünün Veteranların Xatirə Auditoriyasında etdiyi çıxışda, Kerri Buş administrasiyasını İraqda öldürülmüş Amerika əsgərlərinin tabutlarının fotoşəkillərinin yayımına qoyduğuna qadağaya görə tənqid edib. Həmçinin o, Prezident Buşun varlılar üçün həyata keçirdiyi vergi endirimlərini tibb və təhsilə maddi yardımla əvəzləmə yollarını seçicilər qarşısında izah edib. Qeyd etmək lazımdır ki, Kerrinin əsgər tabutlarının göstərilməsinə olan qadağa ilə bağlı cənab Buşa qarşı etdiyi hücum öz kəskinliyi ilə fərqlənir. Senator Kerri çıxışında əvvəlcə əsgər meyidlərinin hərbi nəqliyyat təyyarəsinə yüklənməsini fotoya almış və bu fotonu Siəttl Taymz qəzetində çap etdirmiş iki hökumət kontraktçılarının işdən çıxarılmasına diqqət çəkib. “Əgər bu hökumət onları vətən üçün vuruşub ölməyi layiq bilirsə, onda onlar evə qayıdanda da onların verdiyi qurbanları şərəfləndirməlidir”, deyə Kerri öz fikrini bildirmişdir.
Vaşinqton Postun verdiyi məlumata görə Demokratlar qarşıdan gələn həftədə Prezident Buşun administrasiyada əsas dayağı olan Vitse Prezident Dik Çeyni üzərinə hücuma hazırlaşırlar. Əhali arasında keçirilən sorğulara görə cənab Çeyni Prezident Buşdan daha az nüfuza malikdir. Bundan istifadə edən Demokratlar vitse prezidenti cənab Buşun elçisi kimi neytrallaşdırmağa çalışırlar. Belə ki, cənab Çeyni bu gün Missuri ştatında edəcəyi mühüm bir çıxışında Kerrinin qeyri-müəyyən mövqelərlə xarakterizə olunan keçmiş fəaliyyətlərinin Demokrat Senatorun ali baş komandanlıq vəzifəsinə yaramadığının göstəricisi kimi vurğulayacaq.
Senator Kerrinin nümayəndələri deyirlər ki, onlar əvvəlcə Çeyninin Prezident Corc Herbert Buşun dövründə sabiq müdafiə naziri kimi göstərdiyi fəaliyyətə diqqət yetirəcəklər. Demokratların dediyinə görə o vaxt cənab Çeyni hərbi əməliyyatlar üçün son dərəcə vacib olan silahlara ixtisar edilməsini təklif etmişdi. Sonra Çərşənbə günü Kerrinin tərəfdarları Çeyninin enerji məsələləri ilə bağlı işçi qrupunun fəaliyyətlərinin gizli saxlanması yönümündə göstərdiyi səyləri müzakirə obyektinə çevirəcəklər. Cümə gününün planına əsasən isə Çeyninin İraqda ən iri kontraktor olan Halliburton korporasiyası ilə mövcud olan xüsusi münasibətləri işıqlandırılacaq.
Senator Kerrinin ətrafında dolaşan söz-söhbətin fonunda Buş administrasiyaının tənqidinə yönəlmiş kampaniyanı əks-hücum cəhdi də adlandırmaq olar. Jim Rutenberqin Nyu York Times’dakı məqaləsi 33 il bundan öncə baş vermiş bir insidentin prezidentliyə namizəd üçün potensial bəla olduğunu oxucuların diqqətinə çatdırır. 1971-ci ildə cavan Kerri və onun veteran yoldaşları Vyetnamdakı müaribəyə etirazlarını nümayiş etdirərək öz medallarından ictimai şəkildə imtina etmişdilər. Kerrinin kampaniyası indiyə kimi bunun sağ-qanadlı qüvvələrin əfsanəsi kimi qələmə verir. Senator Kerrinin İnternet səhifəsində Con Kerrinin öz medallarını yox, iki dostunun medallarını ozününsə medal lentlərini tulladığını bildirilir. Amma bu yaxınlarda Milli Arxivdən əldə edilmiş 1971-ci il Vaşinqton telekanalına verdiyi müsahibə arada gəzən çaşqınlığı bir az da artırıb. Videoda müsahibəçi jurnalist Kerridən nə qədər medal geri qaytardığını soruşanda gələcək Senator dəqiq xatırlamadığını deyərək bu rəqəmin 6, 7, 8, 9 ola biləcəyini dilə gətirir. Medalqaytarma mərasimi Kerrinin yaratdığı Vyetnam Veteranları Müharibə Əleyhinədir təşkilatın 1 həftə davam edən etiraz nümayişlərinin təntənəli sonluğun təşkil edirdi.
Prezident Buşun Milli Aviasiya Qvardiyasındakı xidməti barədə dolaşan suallardan nararat olan Respublikaçılar bu məsələni qaldırmaqla Kerrinin Veytnam müharibəsində xidmət edənlərə və həlak olanlara göstərdiyi hörmətsizliyi önə çəkməyə çalışırlar. Respublikaçılar həm də Kerrinin çaşqinliğla dolu izahatını Senatorun həmişə hər məsələnin iki tərəfində dayanmağa meylli olması ilə izah etməyə səy göstərirlər. Buna cavab olara isə Senator Kerri prezident yarışının mənfi reklamlardan ibarət olmadığını deyərək Buş kampaniyasını onun şəxsiyyətini hədəfə götürməkdə təqsirləndirib.