Accessibility links

Fallucaya nəzarət edəcək İraq təhlükəsizlik qüvvələri təşkil edildi - 2004-04-30


Falluca şəhərində təhlükəsizliyi təmin edəcək yeni İraq qüvvələri formalaşdırıldı. Bu barədə məlumatı ABŞ generalı Mark Kimmit bildirirb. O qeyd edib ki, bu qüvvələr şəhəri mühasirəyə almış ABŞ-ın hərbi dəniz desant qüvələrinin tərkibində Fallucanın təhlükəsizliyini təmin edəcəklər. O bildirib ki, desantçılar Fallucadan çıxarılmır. Onlar sadəcə, bir neçə nəzarət buraxılış məntəqəsini yeni İraq qüvvələrinə təhvil veriblər. General həmçinin bildirirb ki, Fallucanın kənarında avtomaşında yerləşdirilmiş bombanın partlayışı nəticəsində Amerikanın iki dəniz desantçısı həlak olub, altısı yaralanıb.

XS
SM
MD
LG