Yüz minlərlə Avropalı 10 yeni ölkənin daxil olması ilə Avropa Birliyinin tarixi əhəmiyyət daşıyan genişlənməsini qeyd etmək üçün küçələrə çıxıblar. Yeni üzv-ölkələrin prezidentləri və baş nazirləri bu gün Dublində ilk dəfə olaraq 15 Avropa Birliyi ölkələrinin rəhbərlərinin keçirdiyi göruşlərə qatılıblar. Bütün qitəboyu Avropalılar əsrlərdən bəri qoyulmuş sərhədlərin aradan qaldırılmasını və dünyanın ən iri ticarət məkanının yaradılmasını qeyd edirlər. Amma Rusdilli Latviyalılar kimi bəziləri nümayiş keçirərək Avropa Birliyinin genişlənməsini tənqid etmişlər. Onlar Latviyada rus dilinin işlənməsinə qoyulan yeni qadağalara etiraz edirlər.