Accessibility links

Tikritdə Amerikalı işçi salamat tapılıb - 2004-05-02


Birləşmiş Ştatlar hərbi rəsmilərinin verdiyi məlumata görə İraqda 3 həftədir ki, girov saxlanılan Amerikalı işçi salamat tapılmışdır. Amerika ordusunun yüksək rütbəli zabiti deyir ki, Tomas Hamill bu gün Tikritin cənubunda yerləşən binadan çıxaraq Amerika əsgərlərinə yaxınlaşmış və özünü təqdim etmişdir. Hələ aydın deyil ki, cənab Hamill öz girovçularından qaçmış yoxsa onlar tərəfindən azad edilmişdir. Amerikalı kontraktor üçün çalışan 43 yaşlı yük maşını sürücüsü Aprelin 9-da onun daxil olduğu maşın karvanına edilən hücum nəticəsində əsir götürülmüşdü. Eyni karvanla səyahət edən 6 Amerikalı yoxa çixmış və bir az sonra onlardan 4-ünün meyidi aşkar edilmişdi.

XS
SM
MD
LG