Accessibility links

Fələstin yaraqlıları 5 İsraillini qətlə yetiriblər - 2004-05-02


Bu gün Fələstinli yaraqlılar cənubi Qəzza Zolağında yerləşən Yəhudi məntəqəsinin yaxınlığında 5 İsraillini öldürmüşlər. Quş Katif məntəqəsinin girəcəyində maşına atəş açaraq içindəki 4 uşağı və onların anasını qətlə yetirən hücumçulardan ikisi sonradan məhv edilib. İki Fələstin yaraqlı qrupu -- İslam Cihadı və Xalq Müqaviməti Komitəsi -- terror aktı üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hücum İsrailin hakim Likud partiyası Baş Nazir Ariel Şaronun Qəzza Zolağından çıxma haqda planını səsə qoyurkən baş verib. Son sorğular göstərir ki, Likud partiyası ölçünü rədd edəcək.

XS
SM
MD
LG