Accessibility links

Filippin polisi iki İslamçı ekstremisti həbs edib - 2004-05-02


Filippinin rəsmiləri paytaxt Manilada iki nəfəri ələ keçirdiklərini və onların üstündə ev şəraitində hazırlanan bombanın tapıldığını bildirirlər. Rəsmilər deyirlər ki, polis bu iki müsəlmanı dünən axşam Manilanın tarixi katolik kilsəsilə üzbəüz yerləşən Mərkəzi seçki komisiyyasının yaxınlığında ələ keçirib. Polis bildirib ki, tutulanlardan tapılan bomba çib telefonu ilə idarə olunurdu və partlayışa hazır bir vəziyyətdə idi. Anti-terrorist idarəsinin nümayəndəsi isə bildirib ki, bu hadisə ilə əlaqədar tezliklə daha çox adamın həbs ediləcəyi gözlənilir. Bu yaxınlarda terrorçuluqda şübhəli bilənənlər həbs edilmişdi. Onların verdikləri ifadələri nəticəsində bu iki nəfər tutulmuşdu. Mayın 10-da Filippində ümumi seçkilər keçiriləcək. Prezident Glaria Arroyun seçki kampaniyasının baş qərargahı bildirib ki, seçki kampaniyası ilə əlaqədar prezidentin cənub adalarına səfəri təhlükəsizlik səbəbi üzündən ləğv edilib. Lakin baş qərargah bu barədə ətraflı məlumat verməyib.

Keçən mart ayında hökumət Əbü Səyyaf üsyançı qrupun üzvü olmaqda şübhəli bilinən onlarla adamı həbs etmişdi. Polis bildirir ki, müttəhimlər mülki idarələrə, qatarlara və ticarət mərkəzlərinə hücum etməyi planlaşdırmışlar. Əbü Səyyafın qrupu bir sıra xarici turistləri girov götürməkdə məsuliyyət daşıyır. Məlumatlara əsasən, qrupun Əl-Qaida terror şəbəkəsilə əlaqəsi var. Mayın 10-da Fillipinin seçiciləri ölkənin yeni prezidenti, vitse prezudenti, senatın yarısını, Nümayəndələr Palatasının üzvlərini və 17 min bələdiyyə idarəsinin başçıllarını seçəcəklər.

XS
SM
MD
LG