Accessibility links

ABŞ generalı İraq məhbuslarının təhqir olunması ilə bağlı təhqiqatın davam etdiyini deyir - 2004-05-02


Birləşmiş Ştatların Hərbi Qərargahlar rəisi general Mayers İraq məhbuslarının sistematik şəkildə təhqir olunmasına yol verilmədiyini bəyan edib. Bu gün ABC televiziya şirkətinə verdiyi müsahibədə general Mayers bunu yalnız bir neçə əsgərin etdiyini və hadisələ ilə bağlı təhqiqat aparıldığını deyib. General habelə deyib ki, iraqlı məhbusların təhqir olunmasına ABŞ hərbi qüvvələrinin zabitləri və Mərkəzi Kəşfiyyat agnetliyinin əməkdaşlarının təhrikilə yol verildiyi haqda hərbi qüvvələrin apardığı daxili təhqiqat barədə məlumata malik deyil. Mətbuatın verdiyi xəbərlərdə deyilir ki, həmin təhqiqat zamanı Əbu Ğarib həbsxanasında “sadist və həyasız hərəkətlərə” yol verildiyi aşkar edib. Təhqir olmuş məhbusların foto-şəkillərinin dərc olunmasından sonra müsəlman ölkələrinin liderləri Birləşmiş Ştaları insan hüquqları sahəsində riyakar möqvedə tutmaqda ittiham etmişlər.

XS
SM
MD
LG