Accessibility links

Caz musiqisinin tanınmış ifaçısı Euge Groove  - 2004-05-02


Beşinci sinifdən saksofon çalmağa başlayan Euge Groove musiqiçi kimi ilk təcrübəsini caz qrupu ilə birgə musiqi ifaə edərkən və məktəbdə caz konsertləri verərkən əldə edib. O, Florida ştatındakı Mayami universitetində saksofon sinfində təhsil alıb. Universiteti bitirdikdə Euge maqistr dərəcəsi almayaraq bütün vaxtını musiqi çalmağa həsr edir. Çox keçmədən o, 1980-ci illərin pop qrupu Expose-da saksofon çalmağa dəvət olunur. Hazırda Euge Groove italiyalı pop ulduz Eros Ramazotti ilə Avropada qastrol konsertləri verir. Bu ay musiqiçi Amerikada “Gitars and Saxes” gitaralar və saksofonlar adlı beş aylıq tura başlayacaq.

XS
SM
MD
LG