Accessibility links

ABŞ iqtisadiyyatı seçki ili əsas məsələlərdəndir - 2004-05-04


Respublikaçılar iqtisadiyyatın inkişafının prezident Buşun noyabrın 2-i seçkilərində qələbəsinə zəmin yaradacağından əmindirlər. Demokrtalar isə iqtisadi dirçəlişin seçkilərdə dəyişiklərə yol açacağına ümid edirlər. Demokratlar hazırkı iqtisadi dirçəlişi inkişaf hesab etmirlər. Onların fikrincə bu, prezident Buşun hakimiyyəti dövründə itirilən 3 milyon iş yerinin bərpasına yardım göstərmir. Demokrat partiyasından prezidentliyə namizəd Con Kerrinin Amerikanın sənaye mərkəzləri Ohayo və Miçiqan ştatlarındakı çıxışları bu məsələyə həsr olunmuşdu. Tənqidçilər isə prezidentin vergi ixtisarları ilə gələcək nəsillərə borcdan başqa bir şey qoymayacağını deyirlər. Siyasi şərhçilər amerikalıların büdcə kəsirindən narahat olmaları ilə yanaşı, iqtiadiyyatın bir qədər dirçəldiyini düşündüklərini deyirlər. Onların fikrincə, seçkilər ili iqtisadiyyatla yanaşı İraqda sabitlik və Amerikanın təhlükəszliyi məsələri də diqqət mərkəzində yer alır.

XS
SM
MD
LG