Accessibility links

Prezident Buş iki ərəb tele-şirkətinə müsahibə verib - 2004-05-05


Prezident Buş bu gün iki Ərəb tele-şirkətinə müsahibə verib. Bir neçə Amerika əsgərinin İraq məhbuslarına qarşı kobud hərəkətləri ilə bağlı qəzəb də prezidentin müzakirə edəcəyi məsəslər sırasında yer alıb. Amerikanın səsinin Qahirədəki müxbiri Qreq Lamottun bildirdiyinə görə prezidentin çıxışı ərəbləri təəccübləndirsə də onların Amerikaya olan münasibətinə böyük təsir etməyəcək. Amerika əsgərlərinin İraq məhbuslarına qarşı kobud hərəkətləri Amerikanın ərəb dünyasındakı imicinə daha artıq xələl gətirmişdir. Ağ Evin rəsmilərinin bildirdiyinə görə prezident iki ərəb televiziyasına verdiyi müsahibədə o, digər məsələlərlə yanaşı İraq məhbusları ilə pis rəftarı qınamış və onlarla belə rəftar edənlərin cəzalandırılacağını söyləmişdir. Lakin 22 üzvlü Ərəb Liqanın nümayəndəsi Hössam Zəki deyir ki, ərəblər prezident Buşun hər hansı yeni bir siyasət qəbul edib-etməyəcəyini yaxından izləyirlər. Baxmayaraq ki, lüt və təhqir olunmuş məhbusların şəkillərini görən ərəblər şok olublar və Amerikaya qəzəblidirlər, cənab Zəki Birləşmiş Ştaların İraq və Ərəb-İsrail münaqişəsi ilə bağlı siyasətinin hələ də ərəblərin diqqət mərkəzində qaldığını deyib. O əlavə edib ki, siyasətin özəyi dəyişməsə, ictimai münasibətlərdəki məhdudiyyətlər qüvvədə qalacaq. Misir qəzetlərindən birinin müxbiri Səid Sadik Amin deyir ki, prezident Buşun müsahibələri siyası bəyanatlar verilməsə də böyük əhəmiyyət kəsb edir. İctimai rəy üzrə ekspertin bildirdiyinə görə ərəblər, eləcə də Ərəb liderləri üçün prezidentin öz əsgərlərinin hərəkətlərinə görə cavab verəcəyi məsələsi olduqca mühümdür. Prezident Buş İraq müharibəsi və İsrailin baş naziri Ariel Şaronun yeni sülh planı da daxil edilməklə, Yaxın Şərqin sülh prosesi məsələlərinə də toxunub. Prezident Amerikanın maliyyələşdirdiyi Əl-Hürra və Dubayda yerləşən Əl-Ərəbiyyə tele-şirkətlərinə müsahibə verib.

XS
SM
MD
LG