Bu gün səhər tezdən Yunanıstanın Afina şəhərinin cənubundakı polis məntəgəsi yaxınlığında üç əldəgayırma bombanın partlaması nəticəsində bir zabit yaralanmış, bir maşın dagıdılmış və ətrafyanı binalarda şüşələr sınmışdır. Hadisədən 10 dəqiqə əvvəl polisə yunan gəzetlərinin birinə telefon vasitəsi ilə daxil olmuş xəbərdarlıq barədə məlumat verilmişdi. Cihazlar partlayanda polis artıq onların axtarışında idi. Xəbərdarlıq ancaq bir bomba haqqında verilmişdi. Müstəntiqlər düşünürlər ki, zabitlər üç bombanı bir şəbəkəyə bağlayan və bir neçə insanın yaralanması və ya öldürülməsi məqsədi ilə düzəldilən təkmilləşmiş qurğunun tələsinə salınmışlar. Xəbərdarlıq və bombaların ölçülərinin kiçik olması hücumun Əl-Qaidə kimi bir terror grupunun işi olmadığına işarədir. Müstəntiqlər əsasən yerli radikal gruplar və cinayətkar təşkilatların hadisənin məsuliyyətini daşıdığını deyirlər. 2004-cü il Afina Olimpiya oyunlarının başlanmasına üç aydan az galmış bir vaxt bomba hücumları böyük bir narahatlığa səbəb olmuşdur. Yunanıstan höküməti təhlükəsizlik tədbirlərini gücləndirmişdir. Baş nazir Kostas Karamanlis partlayışları Olimpiya oyunlarının təhlükəsizliyi ilə əlaqəsi olmayan bir insident kimi giymətləndirmişdir. Hadisəyə ilk reaksiya verən ölkələrdən biri olan Avstraliya komandasının təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirilməsini xahiş etmişdir.