Accessibility links

Əl-Sədr yaraqlıları Nəcəfi tərk etməyə çağırır - 2004-05-07


Şiə ruhani lideri Moqtəda Əl Sədr yaraqlıları Birləşmiş Ştatların mühasirədə saxladığı Nəcəf şəhərini tərk etməyə çağırıb. Bu gün minlərlə silahlı tərəfindən əhatə edilən Moqtəda Əl-Sədr Kufa şəhərinin baş məscidində çıxış etmiş, Birləşmiş Ştatların İraq həbsxanalarında məhbuslara qarşı təzyiqlərini pisləmişdir. Birləşmiş Ştatların həbri qüvvələri Nəcəfdə yaraqlılara qarşı hücumlarını şiddətləndirmiş, Kərbəla şəhərində Əl-Sədrə sadiq qüvvələrlə döyüşlərini davam etdirmişdir. Yaraqlıların Bağdaddan Nəcəfə səfər edən iki Polşa jurnalistini qətlə yetirdiyi xəbər verilir. Hadisə zamanı digər bir jurnalistin yaralandığı bildirilir.

XS
SM
MD
LG