Accessibility links

Türkiyənin baş naziri R. T. Ərdoğan Yunanıstandadır - 2004-05-07


Baş nazirin səfəri uzunmüddətli gərgin münasibətlərə malik iki ölkə arasında əlaqələrin normallaşdırılması məqsədi daşıyır. Baş nazir Ərdoğan və onun yunan həmkarı Kostas Karamanlis görüşdükləri vaxt səmimiyyət nümayiş etdirmişlər. 3 günlük səfər dünən axşam qeyri-rəsmi şam yeməyi ilə başlamışdı. Lakin səfərin əsasını bugünkü görüşlər təşkil edib. Liderlərin danışıqları Yunanıstan və Türkiyə arasında mövcüd olan uzunmüddətli mübahisələrə həsr edilmişdi. Dövlət başçıları iki həftə əvvəl Kiprin birləşməsi ilə bağlı beynəxalq dəstək əldə etmiş planın yunan tərəfinin rədd etməsindən sonra baş tutumaması məsələsini müzakirə etmişlər. Tərəflər Kiprin sülh səylərinin baş tutumamasının iki ölkə arasındakı dost münasibətlərinə mənfi təsir göstərə bilməyəcəyini vurğulamışlar. Yunanıstanın baş naziri Türkiyənin islahat proqramına görə cənab Ərdoğanı təbrik etmiş, Türkiyənin baş naziri isə Yunanıstanın dəstəyini təqdirəlayiq adlandırmışdır.

XS
SM
MD
LG