Accessibility links

Britaniya İraqla bağlı ittihamlar üzərində təhqiqat aparır - 2004-05-07


Britaniyanın Müdafiə Nazirliyi bilidirir ki, nazirlik Britaniya əsgərlərinin İraqlı əsirlərə işgəncə vermələri ilə bağlı irəli sürülən ittihamlar üzərində təhqiqata başlayıb. Nazirliyin nümayəndəsi təsdiq edib ki, ittihamları irəli sürən əsgər Londonda Royal hərbi polislə söhbət edib. O, deyib ki, şəxsiyyəti açıqlanmayan əsgər hərbi polislə özündə olan informasiyanı Britaniyanın Daily Mirror qəzeti ilə bölüşdürdükldən sonra görüşüb. Britaniya rəsmiləri artıq bu qəzetdə çap olunmuş, 2 Britaniya əsgərinin başına torba keçirilmiş İraqlı əsirləri təpikləyən halda təsvir edən şəkillər üzərində təhqiqat aparırlar. Bəzi Britaniya hərbi mütəxəssisləri şəkillərin saxta olmasından şübhələnirlər, amma Daily Mirror qəzeti şəkillərin həqiqəti əks etdirdiyini bəyan edir.

XS
SM
MD
LG