Accessibility links

Taliban döyüşçülərinin komandiri həbs edilib - 2004-05-09


Əfqanıstanın Zabul vilayətinin valisi Xyal Məhəmməd Hüseyni bildirir ki, Birləşmiş Ştatların hərbi qüvvələri tərəfindən Taliban döyüşçülərinin komandiri Molla Ruzi Xan və 30-dan çox döyüşçü olduğundan şübhəli bilinənlər həbs ediliblər. Molla Xanın bu yaxınlarda Zabul vilayətində həyata keçirilən bir sıra hücumların təşkilatçısı olduğuna inanılır. Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri bu barədə dərhal məlumat verməyiblər. Bu gün Kabilin qərbindəki parkda iki xarici vətəndaşın cəsədi tapılmışdır. Onların qətlə yetirilməsinin siyasi bir səbəbi olduğu hələlik aşkar edilməyib.

XS
SM
MD
LG