Accessibility links

Əl-Sədrin ofisi dağıdılıb - 2004-05-10


Birləşmiş Ştatların hərbi təyyarələri Bağdad yaxınlığındakı Sədr şəhərində radikal şiə ruhani Müqtəda Əl-Sədrin idarəsini bombardman ediblər. Amerika rəsmiləri əməliyyat nəticəsində idarənin tamamilə dağıldığını bildirirlər. Əməliyyat axtarışda olan Əl-Sədrin idarəsinə edilən reydən və iki nəfərin həbsindən bir gün sonraya təsadüf edir. Dünən Sədr şəhərində koalisiya qüvvələrilə ruhani Müqtəda Əl-Sədrin yaraqlıları arasında döyüşlər aparılmışdı. ABŞ rəsmiləri döyüşlər zamanı Nəcəf şəhərinin nəzarətini əlində saxlayan Əl-Sədrin 19 yaraqlısının ödürüldüyünü bildirirlər. Kərkük şəhərində isə silahlı şəxslər İraqın inşaat şirkətinə işləyən Cənubi Afrikalı və Yeni Zelandiyalı iki mühəndis, habelə iraqlını qətlə yetiriblər.

XS
SM
MD
LG