Accessibility links

Səudiyyə Ərəbistanı neft istehsalını artırmaq istəyir - 2004-05-10


Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEK) adlı qurumun aparıcı üzvü olan Səudiyyə Ərəbistanı neft istehsal edən karteli gündəlik istehsal səviyyəsini 1.5 milyon barel artırmağa səsləyib. Səudiyyə Ərəbistanının Neft naziri Əli əl-Nəiminin dediyinə krallıq belə hesab edir ki, OPEKın istehsal tavanının qaldırılması təchiz və təlabat arasında olan balansın qorunması üçün vacibdir. Hazırda gündəlik istehsal tavanı 23.5 milyon bareldir. Qlobal neft təskilatının üzvləri İyunun 3-de Beyrutda bir araya gəlməyi planlaşdırırlar. Səudiyyə Ərəbistanı nazırı bu bəyanatı xalis neft barelinin keçən həftə son 13 ildə ilk dəfə olaraq 40 dollara çatmasından sonra verib.

XS
SM
MD
LG