Accessibility links

İraq məhbuslaraına qarşı təzyiqlər zəif rəhbərlik kimi qiymətləndirilir - 2004-05-11


Birləşmiş Ştatların İraq məhbuslarına qarşı təzyiqlərlə bağlı qalmaqalı araşdıran general-mayoru Antonio Taquba məhbuslarla belə rəftarı Amerikanın hərbi zabitlərinin zəif rəhbərliyi ilə izah edib. Bu gün senatın hərbi xidmətlər komitəsi qarşısında ifadə verən general-mayor deyib ki, Əbu-Qreyb həbsxanasında nizam-intizam, təlim və nəzarət çatışmazlığı mövcud olub. Cənab Taquba təzyiqlərin məsuliyyətini yalnız bir neçə əsgər və müqavilə ilə çalışan mülki xidmətçilərin daşıdığını bildirib. General-mayorun çıxışı demokrat senator Karl Levinin baxışları ilə kəskin təzad təşkil edir. Senator Əbu-Qreyb həbsxanasında baş verənləri planlaşdıırlmış addım adlandırmış və bunun aşağı rütbəli hərbi personal tərəfindən təsadüfən törədilən bir iş olmadığını demişdi.

XS
SM
MD
LG