Accessibility links

İtaliyada ilk Dünya Uşaq Konqresi keçirilir - 2004-05-11


Dünyanın müxtəlif ölkələrindən toplaşan uşaqlar uşaq əməyinin istismarı və uşaqlara qarşı təzyiqlərlə mübarizə yollarını müzakirə edəcəklər. Florensiya konqresi uşaq əməyinə necə son qoyulması və uşaqların hüquqlarının qorunması kimi məsələləri önə çəkir. Konqres iştirakçılarının əksəriyyəti inkişaf etməkdə olan ölkələrin təyiqlərə məruz qalan qurbanlarıdır. Onlar sənayeləşmiş ölkə nümayəndələri ilə həyat təcrübələrini bölüşürlər. Konqres uşaq əməyinin istismarına yol verilməməsi üçün müxtəlif təkliflər və baxışlara yer verir. Ekspertlərin fikrincə uşaq əməyinin istismarı problemi dünyanın hər yerində mövcuddur. Bu ölkələr arasında Pakistan və Hindistan öndər hesab edilir. Afrika isə uşaq satışına ən böyük səhnələrdəndir. Ekspertlər statistik göstəricilərin olmamasının problemin böyüklüyünü göstərməyə imkan vermədiyini deyirlər. Lakin təxminlərə görə, minlərlə uşaq zorakılıqların qurbanıdır. Toqo və Benin kimi ölkələrdə uşaqların məcburi əməyi mütəşəkkil bir sistem halını alıb. Konfrans Beynəlxalq Uşaq Əməyi Yürüşü Təşkilatının sponsorluğu ilə keçirilir.

XS
SM
MD
LG