Accessibility links

ABŞ senatorlarıa İraq məhbusları barədə fotoşəkillər nümayiş etdirilib - 2004-05-12


Bu gün Birləşmiş Ştatlar senatorlarına İraqda məhbuslara qarşı zorakılıqlar barədə çəkilmiş fotoşəkillər və video filmlər nümayiş etdirilib. Pentaqon senatorların bu barədə təsəvvürləri olması məqsədi ilə həmin fotoşəkillərin və filmlərin nümayişinə icazə verib. Nümayişdən sonra həmin fotoşəkillər Pentaqona qaytarılacaq və onların xalqa göstərilib-göstərilməməsi barədə Buş administrasiyası qərar verəcək. General Mark Kimmitt isə bu gün bildirib ki, Bağdaddakı Əbu Qərib həbsxanasında məhbuslara qarşı törətdikləri zorakılıqlara görə daha iki Amerika əsgəri məsuliyyətə cəlb ediləcək.

XS
SM
MD
LG