Accessibility links

Müqtada Əl Sədr: Mehdi ordusu döyüşləri davam etdirəcək - 2004-05-12


ABŞ hərbi qüvvələri ilə Moqtada Əl-Sədrin yaraqlıları arasındakı vuruşmalar dünən başlayıb və hələ də davam edir. Bugünkü vuruşmalar Mehdi ordusunun qərargahı yaxınlığında baş verib. Verilən xəbərlərə əsasən qərargah tamamilə dağılıb. Amerikanın hərbi qüvvələri Kərbəla şəhərinin ətarfını blokadaya alıb. Moqtada Əl Sədr bir il əvvəl Birləşmiş Ştatları dəstəkləyən şiə ruhanisini qətlə yetirdiyinə görə axtarışdadır. Mehdi ordusu Kərbəla, Nəcəf və Kufa şəhərləri daxil olmaqla İraqın cənubundakı bir neçə şəhərdə koalisiya qüvvələrinə qarşı vuruşur. Moqtada Əl-Sədr bu gün Nəcəf şəhərində təşkil etdiyi mətbuat konfransında koalisiya qüvvələrinə qarşı vuruşmaların bundan sonra da davam edəcəyini bildirib. O deyib ki, Mehdi ordusu şiddətli vuruşmalara hazır vəziyyətdədir.

XS
SM
MD
LG