Accessibility links

Qırmızı Xaç  məhbuslarla rəftara dair yeni hesabatı təqdim edib - 2004-05-13


Qırmızı Xaç ABŞ Müdafiə nazirliyinə Kubada Quantanamo bazasında saxlanan məhbuslarla rəftara dair yeni hesabat təqdim edib. Pentaqonun rəsmləri hesabatın Əfqanıstnda ələ keçirilmiş 600-a yaxın Əl-Qaidə və Taliban üzvü ilə rəftara dair olduqca mühüm bir sənəd olduğunu bəyan ediblər. Beynəlxalq Qırmızı Xaç komisətəsinin mətbuat nümayəndəsinin bildirdiyinə görə, bu ayın əvvəli təqdim olunmuş bu məxfi sənəd təşkiların fevral və mart aylarında bazaya səfərləri zamanı aşkar etdiyi faktları əhatə edir. Keçən həftə hərbi qüvvələrin mətbuat katibi Amerikanın Səsinə mühafizəçilərin beynəlxalq qanunlara tam riayət etməsini təmin etmək üçün xüsusi tədbirlərin görüldüyünü bildirmişdi.

XS
SM
MD
LG