Accessibility links

İranda ABŞ və Britaniya əleyhinə nümayişlər keçirilib - 2004-05-19


İran İslam Cümhuriyyətinin dəstəklədiyi etiraz nümayişlərində minlərlə adam iştirak edib. Nümayişçilər Amerika və Britaniya əleyhinə şüarlar səsləndirmiş, koalisiyadan Kərbəla və Nəcəf şəhərlərindən hərbi qüvvələrin çıxarılmasını tələb etmişlər. Qum və Məşhəd şəhərlərində də belə nümayişlər təşkil edilib. İranın ali dini rəhbəri Ayatullah Əli Xameneyi Birləşmiş Ştatları hərbi qüvvələrini İraqdan çıxartmağa çağırıb.

XS
SM
MD
LG