Accessibility links

Sonya Qandi baş nazir olmaq imkanından imtina etdi - 2004-05-19


İtaliyada anadan olmuş, Hindistanın Kongress Partiyasının lideri Sonya Qandi onun xaricdə doğulması barədə olan mübahisələrə son qoymaq məqsədi ilə Hindistanın baş naziri olmaq imkanından imtina etdi. Karneqi adına Beynəlxalq Sülh İnstitutunun Cənubi Asiya üzrə təhlilçisi Eşli Tellis Amerikanın səsinə deyib ki, seçkilərdə qələbə çalan xanım Qandi lideri olduğu Konqress Partiyasının keçirilən seçkilərdə qələbəsindən diqqəti yayındırmaq istəmədi. Tellis dedi: “Mənim zənnimcə o başa düşüb ki, onun italiyan mənşəli olması dövlət siyasətçiləri üçün mübahisəli məsələ ola bilər və bu da ölkənin, həmçinin Konqress Partiyasının qələbədən diqqətini yayındıra bilər. Nə ölkə nə də Konqress Partiyası buna yol verə bilməz.” Keçmiş baş nazir Raciv Qandinin həyat yoldaşı xanım Qandinin italyan mənşəli olduğuna görə onun baş nazir vəzifəsinə təyin olunmasına etiraz edən “Baharata Canata” partiyasının məğlubiyyətindən sonra birjaların vəziyyəti qeyri sabit vəziyyət almişdı. Xanım Qandinin partiyası qələbə əldə edərək parlamentdə yerlərin çoxunu əldə etmiş və onun parlamentdəki koalisiya partiyalarının dəstəyi ilə baş nazir təyin olunması gözlənilirdi. Gəlir gətirən dövlət şırkətlərinin özəlləşdirilməsinə qarşı çıxış edən Kommunist partiyası da bu böyük koalisiyaya daxil olacaq. Lakin təhlilçi Eşli Tellis də daxil edilməklə bir çox təhlilçi inanır ki, Hindistan hökumətində hər hansı bir dəyişiklik onun qonşu Pakistanla iqtisadi və xarici əlaqələrinə təsir edəcəyi gözlənilmir. Konqress Partiyasının aparıcı nümayəndələrindən biri və Hindistanın hazırkı iqtisadi islahatlatlarının memarı, Hindistanın keçmiş maliyyə naziri Manmohan Singin xanım Qandi tərəfindən baş nazir vəzivəsinə namizəd göstəriləcəyi gözlənilir.

XS
SM
MD
LG