Accessibility links

Buş Konqresdə respublikaçılarla görüşdü - 2004-05-20


Prezident Buş İraqda vəziyyəti müzakirə etmək üçün Konqresdə respublikaçı qanunvericilərlə görüş keçirib. Cənab Buşun Kapitoliyaya səfəri noyabrda prezident seçkilərinin yaxınlaşması ilə partiyada birliyi möhkəmlətmək məqsədi daşıyır. Konqresdə respublikaçıların bəzi üzvləri Buş adminsitrasiyasını İraq məhbusları ilə rəftara dair qalmaqala görə tənqid ediblər. Bununla yanaşı, həm Nümayəndələr Palatası, həm də Senatdakı bəzi respublikaçılar arasında prezident Buşun təklif etdiyi vergi ixtisarı planı ilə bağlı fikir ayrılıqları mövcuddur.

XS
SM
MD
LG