Amerika əsgərlərinin İraqlı dustaqlara qarşı etdikləri kütləvi təhqir halları ilə bağlı skandal artıq bir müddətdir ki, bütün dünyada baş xəbərlər mövzusunu əhatə edir. Bu günlərdə skandalla bağlı ortaya yeni dəlillər çıxmışdır. Gəlin bu barədə hazırlanmış Amerika mətbuat icmalını dinləyək.
Vaşinqton Post qəzetinin yazdığına görə İraqın Əbu Ğrayb həbsxanasında saxlanılan dustaqlarının bu yaxınlarda üzə çıxmış ifadələri ictimaiyyət arasında əvvəllər açıqlanmış təhqir hallarından da betər bir mənzərə təsvir edir. Dustaqların dediyinə görə onlar həbsxanada saxlanılan müddətdə onların belinə heyvan kimi minilib, və qadın əsgərlər tərəfindən seksual təcavüzə məruz qalınıblar.
13 məhbusdan götürülmüş ifadələr detallarının kəskinliyi ilə fərqlənir. Dustaqlardan bəziləri onlara bu cəzaların verilməsini özlərinin koalisiya quvvələrinə qarşı vuruşması və ya qadağan olunmuş silah gəzdirmələri ilə izah etmişlər. Dustaqlar bəzən öz etiqadlarının əleyhinə getdirilmələrini açıqlayaraq, məcburən donuz əti yedirdildiklərini və ya alkohollu içki içirdildiklərini bildirmişlər.
13077 nömrəli dustaq Hiadar Sabahın dediyinə görə onula birlikdə qalan dustaqlar it kimi əlləri və dizləri üztə dayanaraq hürməyə məcbur edilmişlər. “Biz əsgərlərin dediyinə əməl etməyəndə bizi amansizca üzümüzdən və sinəmizdən vurdular. Sonra, onlar bizi öz kameralarımıza apararaq, ordakı döşəklərimizi çıxarıb, əvəzinə yerə su töküb bizi orda qarnı üstə yatmağa məcbur etdilər. Və bütün bunların da fotoşəkillərini çəkdilər.”
Yeni şəkillər bu təhqirlərin kimlər tərəfindən idarə edildiyinə aydınlıq gətirmir. Amerika hökumətinin hazırda bu məsələ ilə əlaqədar başladığı istintaqı da məhz bu sual maraqlandırır. Aydın olan isə odur ki, şəkillərdə dustaqlara işgəncə verən əsgərlər bu işdən həzz alırlar. Bir şəkildə narıncı rəngli formada geyindirilmiş məhbusun üstünə it qısqırdıldığı təsvir edilir. Amerikalı əsgər vahimə içərisində olan məhbusa diş qğcğrdan iti hər iki əli ilə nəzarət etməyə çalışır.
Vaşinqton Post qəzetinin yazdığına görə Əbu Ğrayb həbsxanasında özbaşnalıq o həddə çatmışdı ki, Amerika əsgərləri videokameraları çevirərək hətta özlərinin bir-biri ilə razılıqlı şəkildə bulunduğu cinsi əlaqəni lentə almışlar. Xatırlatmaq gərəkdir ki, bu fotolar və video materiallar Amerika hökumət müstəntiqlərinin əlinə yanvar ayında keçmişdi. Mayın 8-də Senatdakı dinləmələrdə ifadə verən Müdafiə Naziri Donald Ramsfeld isə yeni şəkillərin açıqlanacağını bilidirərək, Amerikanın reputasiyasına yeni zərbələrin dəyəcəyini xəbərdar etmişdi.
Bu arada Los Anceles Taymz qəzetinin verdiyi məlumata görə Ameria hava qüvvələrinin İraqdın qərbində apardıqları əməliyyat böyük qalmaqala səbəb olub. İraqlı şahidlərin dediyinə görə Amerika təyyarələri toy məclisini bombardman edərək 45-ə yaxın insan öldürmüşlər. Bassem Hamid Dulaymi adlı birisinin dediyinə görə o, gecə yarısı əl-üzünü yumağa çıxarkən toy məclisinin keçirildiyi çadırlara 40 raket zərbəsinin dəydiyinin şahidi olub. İraqlılar tərəfindən yayımlanan məlumata şübhə ilə yanaşan Amerika hərbi rəsmiləri isə təkid edirlər ki, hərbi yaş səviyyəsində olan cavanların yığılışdığı məclis toy yox, terrorist bazası idi. Onların dediyinə görə Qərbi İraqda yerləşən 3 iri çadır toy üçün yox, İraq qiymaçılar üçün silah və canlı qüvvə gətirilməsi üçün istifadə edilirdi. Onlar buna sübut üçün hadisə yerindən xarici pasportların, silahların və $1000 məbləğində pulun tapıldığını önə çəkirlər.