Accessibility links

İraq məhbuslarına qarşı təzyiqlərlə bağlı daha artıq məhkəmələr təşkil edilə bilər - 2004-05-23


Birləşmiş Ştatlar Senatının Silahlı Qüvvələr Komitəsinin iki üzvü, senatorlar Lindsey Graham və Hillari Klinton İraq məhbuslarına qarşı təzyiqlərlə bağlı daha artıq məhkəmələrin təşkil ediləcəyini təxmin edirlər. “Fox News Sunday” proqramında çıxış edən senator Graham demişdir ki, daha artıq məhkəmələr olacağından və məhkəmə qarşısına yalnız sıravi əsgərlər və serjantların çıxarılmayacağından əmindir. Senator Hillari Klinton da “yüksək rütbəli hərbi nümayəndələrin məhkəmə qarşısına çıxarıla bilərmi” sualına “əlbəttə” deyə cavab vermişdir. İndiyədək Bağdadın Əbu Qreyb həbsxanasındakı qalmaqalla bağlı 7 Amerika əsgəri məsuliyyətə cəlb edilib.

XS
SM
MD
LG