Accessibility links

Iran parlamentinə yeni spiker seçilir - 2004-05-24


İran qanunvericiləri parlamentə yeni spiker kimi ali ruhani rəhbər Ayatolla Əli Xameneyinin kürəkəni Qulam Əli Həddad Adelin namzidəliyini irəli sürüblər. Yenicə seçilmiş parlamentin dünənki qeyri-rəsmi səsverməsi zamanı cənab Adel səslərin yarıdan çoxunu əldə etmişdi. Parlamentin hazırkı spikeri Mehdi Karrubi isə mühafizəkarların qələbəsindən sonra ölkədə aparılan islahatların davam etdirilməsinə çağırmışdı. Rəsmi xəbər agentliyi İRNA-nın məlumatında deyilir ki, Karrubi dini demokratiya və pluralizmin inkişafı naminə islahatların dayandırılmamalı olduğunu demişdir.

XS
SM
MD
LG