Accessibility links

Prezident Buşun İraq siyasətinə maraq çox deyil - 2004-05-25


Prezident Buşun İraqla bağlı dünənki çıxışına Avropada olduqca az reaksiya göstərilmişdir. Avropalıları prezident Buşun söylədiklərindən daha çox BMT-nin İraqın gələcəyi ilə bağlı qətnaməsi maraqlandırır. Prezident Buşun çıxışını dinləyən Avropa diplomatlarından biri deyib ki, prezidentin söylədiklərində yenilik yalnız məhbuslara qarşı fiziki təzyiqlərə yol verilən Əbu Qreyb həbsxanasının söküləcəyi olmuşdur. Adının açıqlanmasını istəməyən diplomat demişdir ki, məhbsularla bağlı qalmaqal və İraqda yaraqlılarla döyüşlər prezident Buşun İraq üzərindəki nəzarətini itirdiyinə dəlalət edir. Adının anonim saxlanmasını istəyən digər bir diplomatın fikrincə, Birləşmiş Ştatlar hazırda İraqdan geri çəkilməsi yollarını nəzərdən keçirir. Baxmayaraq ki, prezident İraqda sabitlik və demokratiya bərqərar edilməyincə, Amerikanın başçılıq etdiyi koalisiyanın ölkəni tərk etməyəcəyinə vəd verir. Almaniya qətnaməni yaxşı başlanğıc kimi qiymətləndirmiş, Fransa İraqda real suverenliyin yaradılması üçün daha artıq iş görülməli olduğunu bildirmişdir. Məsələ isə iyun ayının 30-u iraqlıların hakimiyyəti ələ aldıqlarından sonra iraq administrasiyasına nə qədər qüdrət veriləcəyindədir. Skeptik diplomatların fikrincə Amerika hətta hakimiyyətin təhvilindən sonra belə hərbi səlahiyyəti əlində saxlayacaq. Öləkəni kimin idarə edəcəyi də hələ məlum deyil.

XS
SM
MD
LG