Accessibility links

İmam Əli məscidinə zərər dəyib - 2004-05-25


ABŞ güvvələri və radikal şiə ruhanisi Möqtadə Əl-Sədrin tərəfdarları arasında döyüşlərin yenidən başlaması nəticəsində İraqın Nəcəf şəhərində müsəlmanların mügəddəs yerlərdən biri-İmam Əli məsçidi kiçik dagıntılara məruz galmışdır. Toplardan atılan atəş yeddinci əsrin şiə rəhbəri və Məhəmməd peyğəmbərin kürəkəni İmam Əlinin məgbərəsinə aparan gapılarını zədələmişdir. Dağıntının məsuliyyətinin hansı tərəfin daşıdığı aydın deyil. Lakin ABŞ hərbiçiləri dəfələrlə mügəddəs yerlərin dağıdılmasına yol verməməyə çalışdıqlarını bildirmişlər.Yerli xəstəxana nümayəndəsinin məlumatına görə, ən azı yeddi nəfər döyüş nəticəsində həlak olub. Döyüşlər barədə məlumat gonşu Küfə şəhərindən də daxil olub. Bağdaddakı ABŞ hərbiçilərinin verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən Avstraliyanin diplomatik missiyası garşısında maşına goyulmuş bomba partlayışı nəticəsində azı beş nəfər yaralanıb. Başqa bir partlayiş xaricilərin qaldığı mehmanxana yaxınlığında baş verib. Hansı binanın hədəf alındığı hələ bəlli deyil.

XS
SM
MD
LG