Accessibility links

A.Şaronun planı təsdiq ediləcəkmi? - 2004-05-28


İsrailin baş naziri Ariyel Şaron qoşunların Qəzzadan çıxarılması ilə bağlı planının kabinet tərəfindən təsdiq edilməsinə çalışır. Hökumət nümayəndələrinin bildirdiyinə görə, baş nazir planını bazar günü səsverməyə qoyulması üçün 23 nazirin hamısına göndərmişdir. Yeni plan qüvvələrin qismən Qəzzanı tərk etməsini irəli sürür. Eyni zamanda, Fələstinin yaraqlı qrupunun 3 üzvü Qəzzada İsrail əsgərlərinə qarşı hücumun məsuliyyətini üzərinə alıb.

XS
SM
MD
LG