Accessibility links

C.Kerri prezident seçilərsə orduda islahatlar aparacaq - 2004-05-28


Demokrat partiyasından prezidentliyə namizəd senator Con Kerri prezident Buşun İraqda hərbi güvvələrdən istifadə üsüllarını təngid etmiş, bunun ABŞ rəhbərliyinə zərər gətirdiyini bildirmişdir. Cənab Kerri demişdir ki, prezident Buş diplomatik imkanlardan tam istifadə etmədən İraqda hərbi güvvələrdən istifadə etmişdir. O, həmçinin, professional hərbiçilərin məsləhətlərinə də məhəl goymamişdır-deyə senator Kerri bildirmişdir. Demokrat partiyasından namizəd prezident olarsa, beynəlxalq müttəfiqləri ilə əlaqələrini genişləndirəcəyi, yeni təhlükələrin öhdəsindən gəlinməsi üçün orduda islahatlar aparacağı, diplomatiyadan istifadə edəcəyi, habelə kəşfiyyat və iqtisadiyyatın inkaşafı ilə təhlükəsizliyin təminatına təkan verəcəyini bildirmişdir. Con Kerri iyun ayının 30-da səlahiyyətlərin İraqın müvəqqəti hökümətinə təhvilində prezident Buşun düniya dövlətləri tərəfindən dəstək ala biləcəyini sual altına almışdır.Cənab Kerri bildirmişdir ki, prezident seçildiyi halda o, terroristlərin kütləvi gırqın silahları əldə etməsinə mane olunması üzərində çalışacaq. O, Birləşmiş Ştatların qlobal terrorizmlə mübarizədə başga ölkələrin yardımını əldə etməyə çalışacağını bildirmişdir.

XS
SM
MD
LG