Accessibility links

Amerika Rusiyanı hərbi bazaları Gürcüstandan çıxarmağa səsləyib - 2004-06-01


Birləşmiş Ştatların Dövlət Katibi Kolin Pauell Rusiyanı Gürcüstanda Sovet dönəmindən bəri saxladığı iki hərbi bazanı həmin ölkədən çıxarmağa səsləmişdir. Vaşinqtonda Gürcüstan Xarici İşlər Naziri Salome Zurabişvili ilə görüşən cənab Pauell söyləmişdir ki, Rusiyanın bazaları artıq real hərbi məqsədə xidmət etmir. O, Vaşinqtonun Gürcüstan və Rusiya hökumətləri ilə bu məsələ ilə bağlı yaxın təmasda olacağını bildirib. Dövlət Katibi Pauell cənab Zurabişvili ilə keçirdiyi görüşdə həmçinin Acarıstan və başqa iki separatist qurumlarda olan vəziyyəti müzakirə etmişdir. O, tərəflərin qarşıdan gələn aylarda irəliyə doğru addım atacağına əmin oldğunu bildirib.

XS
SM
MD
LG