İranın Ali Məhkəməsinin Haşem Ağacərinin edam cəzasının ləğvi hökmü tələbələrin etirazları və beynəlxaq ictimaiyyətin təzyiqləri altında verilib. 2002-ci ildə ölüm cəzasına məhkum edilən professor Ağacəri islama təhqir və gafirlikə itthamı edilmişdi. Bu gün Tehranın Ali Məhkəməsi ikinci dəfə olaraq edam hökmünün ləğvi barədə hökm çıxarmışdır. Yerli məhkəmə iki dəfə Ağarinin ölüm hökmünün icrası barədə qərar çıxarmışdı. 2002-ci ilin iyun ayı Ağacəri çıxışı zamanı müsəlmanların meymun kimi kor-koranə islamçı ruhanilərə baş əyməməli olduqlarını demişdi. Onun çıxışı ali ruhani rəhbərə birbaşa hücum hesab edilmişdi. Ölüm hökmündən əlavə professor Ağacəri 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu hökmün də ləğv edilməsinə baxmyaraq Ağacəri hələ də həbsdə qalmaqdadır. Ölüm cəzasının ləğvi ilə bağlı hökmə digər bir məhkəmədə yenidən baxılacaq. Son instansiyanın qərarı ilə Ağacərinin qanuni problemləri başa çata bilər.