Accessibility links

ABŞ-ın dini icmaları Yaxın Şərq sülh prosesinin canlandırılmasına çağırırlar - 2004-06-02


Birləşmiş Ştatların xristian, yahudi və müsəlman liderləri dünən dövlət katibi Kolin Poueli İsrail-Fələstin sülh prosesinin canlandırılması üçün xüsusi nümayəndə təyin etməyə çağırmışlar. Bu fikri rədd etməsə də cənab Pouell demişdir ki, fələstinlilərin zorakılıqları əvvəliki nümayəndənin missiyasını həyata keçirməyə imkan verməmişdi. Nümayəndə heyəti “yol xəritəsi” adlı sülh planını dəstəklədiklərini bildirmişdir. Lakin nümayəndələr “yol xəritəsi”nin noyabr ayı prezident seçkilərinədək kənara qoyulduğundan şikayətlənirlər. Onların bildirdiyinə görə Buş administarasiyası İsrail-Fələstin müzakirələrinə birincilik və məsələ üzrə xüsusi nümayəndə dərhal prosesə təkan verməlidir. Son mətbuat konfransında Dövlət Departamentinin nümayəndəsi Riçard Bouçer Buş administarsiyasının sülh səylərini arxa plana çəkdiyini inkar etmiş, İsrailin baş naziri Ariyel Şaronun yeni planının irəli sürdüyü imkanların nəzərdən keçirildiyini demişdi. Müxbirlərlə görüşü zamanı cənab Bouçer Buş administarsiyasının senatda əksəriyyətin keçmiş lideri Gorc Mitçel, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Gorc Tenet, təqaüddəki dəniz qüvvələri generalı Antoni Zinni və Dövlət Departamentinin nümayəndəsi Con Volf da daxil edilməklə, xüsusi bir nümayəndə heyətinin təşkili məsələsini nəzərdə tuturduğunu bildirmişdi. Lakin bu nümayəndələrin hamısı fələstinlilərin zorakılıqlarına və Fələstin liderlərinin zorakılıqlara son qoyulmasında heç bir iş görmədiyinə etirazlarını bildirmişdilər. Dini icmaların liderləri bildirirlər ki, Amerika zorakılıqlara tamamilə son qoyulmasını gözləməməlidir. Onlar iki dövlət ideyası həyata tətbiq edilməyincə, Fəlsətin və israilllilərin daha artıq qurbanlar verəcəyini deyirlər.

XS
SM
MD
LG