Accessibility links

Ayatolla Sistani İraqın müvəqqəti hökumətini dəstəkləyib - 2004-06-03


İraqın nüfuzlu şiə lideri Ayatolla Əli Sistani yeni müvəqqəti hökumətə dəstəyini bildirib, lakin əlavə edib ki, onun müvəffəqiyyəti qoyulan məqsədlərin həyata keçirilməsindən asılı olacaq. Ayatolla deyib ki, müvəqqəti hökumətin seçki legitimliyi olmasa da, bu, düzgün istiqamətdə atılmış bir addımdır. Nəcəfdəki ofisindən verdiyi bəyanatda ayatolla yeni hökumətin ölkənin təhlükəsizliyini təmin edəcəyini və BMT-nin yeni qətnaməsinə əsasən, İraqın tam suverenlik əldə etməsi və gələn ilin əvvəli seçkilərin keçirilməsi üçün əsas işləri görəcəyini bəyan etmişdir.

XS
SM
MD
LG